“Klopp mənim üçün qəddar, tələbkar müəllim idi” – Levandovski

“Bavariya”nın hücumçusu Robert Levandovski sabiq baş məşqçisi Yurgen Kloppla bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Borussiya”da (Dortmund) Kloppun rəhbərliyi altında çalışmış polşalı futbolçu, onunla bağlı bunları deyib:

“O, mənim üçün sadəcə ata rolunda deyildi. Klopp həm də mənim üçün qəddar, tələbkar müəllim idi. Məktəb vaxtı bizə təzyiq edən və bizdən ən yaxşısını almaq istəyən müəllimləri xatırlayırıq. O müəllimlər bizi daha da yaxşılaşdırır, inkişaf etdirirdilər. Klopp da mənim üçün elə müəllim idi. Səndən ikinci dərəcəli yox, əsas futbolçu olmağını istəyir. O, bunu özünə görə deyil, bizə görə tələb edir. “Borussiya”ya gələndə, hər şeyi tez bir zamanda etmək istəyirdim. Klopp isə məni sakitləşdirirdi”.