“Klopp mənim dostum deyil” – Mourinyo

İngiltərə Premyer Liqasının növbəti turu çərçivəsində “Liverpul”la qarşılaşacaq “Tottenhem”in baş məşqçisi Joze Mourinyo açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis, Mersisayd klubunun baş məşqçisi Yurgen Kloppla bağlı danışıb:

“Klopp mənim dostum deyil. Onunla vaxt keçirmək, danışmaq fürsətimiz olmayıb. Sadəcə oyundan əvvəl və sonra beş dəqiqə danışmışıq. Birini yaxşı tanıyanda, ondan xoşunuz gəlib-gəlmədiyini deyə bilərsiz. Klopp haqqında sadəcə bunu deyə bilərəm ki, ona hörmət edirəm. O, mənim problem yaşamadığım həmkarımdır. Yurgenin də mənim haqqımda belə düşündüyünə inanıram”.

“Tottenhem” – “Liverpul” oyunu bu gün, saat 00:00-da başlayacaq.