“Klopp bəzən məni incidir” – Salah

“Liverpul”un hücumçusu Məhəmməd Salah baş məşqçi Yurgen Kloppla münasibəti haqda danışıb.

Komanda.az “BT Sport”-a istinadən xəbər verir ki, misirli futbolçu Kloppu əla məşqçi adlandırıb:

“Klopp hamımız üçün əla məşqçidir. Bizim yaxşı münasibətimiz var. Yurgenin kuboklar qazanılmasında böyük rolu olub. O, komandadakı hər kəsi necə xoşbəxt etməyi bilir. Bəzən məni incidir və bunu bilir. Mən hər dəqiqə oynamaq istəyirəm, amma onun qərarlarını da başa düşürəm”.

“Liverpul” bu gün saat 23:00-da UEFA Çempionlar Liqasının final oyununda “Real”la qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button