Kiyev “Dinamo”sunda Luçesku dönəmi

Ukraynanın “Dinamo” (Kiyev) klubunun yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, Ukraynanın ən titullu klubu bu posta Mirça Luçeskunu gətirib.

75 yaşlı rumın mütəxəssislə 2+1 şərtiylə müqavilə imzalanıb.

Onun məşqçilik karyerasında ən uğurlu dövr Kiyev “Dinamo”sunun əzəli rəqibi olan Donetsk “Şaxtyor”unda 12 il çalışdığı dönəm (2004-16-cı illər) olub. Luçesku 2008/2009 mövsümündə Ukrayna “Şaxtyor”u ilə UEFA Kubokunun (hazırkı Avropa Liqası) qalibi olub. Təcrübəli baş məşqçinin son iş yeri Türkiyə millisi olub.

Xatırladaq ki, Kiyev təmsilçisi bunadək baş məşqçisi olan Aleksey Mixayliçenkoyla bu həftə yollarını ayırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button