Kiyev “Dinamo”su azərbaycanlı futbolçunu bəyənmədi

Ukraynanın “Dinamo” klubu baxışa çağırdığı azərbaycanlı futbolçunu bəyənməyib.

Komanda.az xəbər verir ki, Kiyev təmsilçisinin sınaqdan keçirdiyi 18 yaşlı Hüseyn Cəfərov bir müddət klubun U-19 komandasında məşq edib. Lakin o, məşqçilər korpusunun etimadını qazana bilməyib. Bu üzdən də o, geri göndərilib.

Hüseyn Cəfərov ikili vətəndaşlığa (Azərbaycan və Rusiya) malikdi. O, daha əvvəl Rusiyanın “Rubin” (Kazan) klubunda da baxışda olub. Yarımmüdafiəçi bu klubun əsas komandasının məşqlərinə qatılıb, bir neçə yoxlama görüşündə şans qazanıb. Amma sonda bəyənilməyib.

Cəfərov karyerası ərzində Rusiyanın Sankt-Peterburq şəhərinin həvəskar komandalarında çıxış edib, həmçinin özünü çimərlik futbolunda sınayıb.