Kiril Petrov: “Mübarizə hələ qarşıdadı”

“Neftçi”nin futbolçusu Kiril Petrov Premyer Liqanın 24-cü turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu dəyərləndirib.

Komanda.az xəbər verir ki, ukraynalı müdafiəçi klubun rəsmi saytına açıqlamasında 2:2 hesablı heç-heçənin komandasının çempionluq uğrunda mübarizəsinə təsir göstərməyəcəyini bildirib:

“Biz bu gün 2 xal itirdik. Çox təəssüf ki, bu, səhvlərimiz nəticəsində baş verdi. Bununla belə, düşünmürəm ki, bu heç-heçə bizim çempionluq uğrunda mübarizəmizə təsir göstərəcək. Məncə, mübarizə hələ qarşıdadı”.