Kiril Petrov: “Həmin səhvləri buraxmaq istəmirik”

“Rəqib güclüdü. 90 dəqiqə mübarizə aparmağa hazırıq. Ötənilki səhvləri buraxmaq istəmirik”.

Komanda.az xəbər verir ki, bu fikirləri “Neftçi”nin futbolçusu Kiril Petrov deyib.

Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Moldovanın “Speranta” klubuna qarşı keçirəcəkləri ilk oyun barədə danışan müdafiəçi bildirib ki, rəqibi yaxşı analiz ediblər və bu barədə danışmaq istəmirlər:

“Baş məşqçi bizə onların zəif və güclü tərəflərini göstərib. Yaxşı nəticə əldə etməyə çalışacağıq”.

İyulun 11-də “Zimbru” stadionunda keçiriləcək “Speranta” – “Neftçi” matçına Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button