“Qarabağ”la oyunda geyindiyi formanı muzeyə bağışladı FOTO

Kiprin APOEL klubunun futbolçusu Giorqos Merkis UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a qarşı Bakıdakı oyunda geyindiyi formanı komandasının Nikosiyada yerləşən muzeyinə bağışlayıb.

Komanda.az xəbər verir ki, bu barədə 34 yaşlı müdafiəçi rəsmi “instagram” hesabında məlumat paylaşıb. Formasını muzeyə verən Merkis, etdiyi paylaşımda bunları qeyd edib:

“Qarabağ”la oyunda geyindiyim formanı APOEL-in muzeyinə verdiyim üçün qürur hissi keçirdim. APOEL tarixinin bir üzvü olmaq və formamın muzeydə olması qürurvericidir”.

Bakıda keçirilən “Qarabağ” – APOEL matçı 2:2 hesabıyla bitmişdi.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button