Sloveniya millisinin üzvü Kipr klubunda

Kiprin APOEL klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, APOEL “Sampdoriya”dan Vid Beleçi heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı qolkiperlə 2 illik icarə müqaviləsi imzalanıb.

Karyerası ərzində “İnter”, “Benevento”, “Kalyari” kimi klublarda da çıxış edən Beleç, Sloveniya millisinin də üzvüdür.