APOEL-in “Qarabağ”la oyun üçün heyəti açıqlandı

Kiprin APOEL klubu Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Qarabağ”la qarşılaşacaq.

Komanda.az xəbər verir ki, Nikosiya təmsilçisinin sözügedən oyun üçün iştirak ərizəsi açıqlanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Komandanın baş məşqçisi Tomas Dollun 18 nəfərlik iştirak ərizəsində 3 hücumçu yer alıb:

Qapıçılar: 27. Vid Belets, 99. Boy Vaterman;

Müdafiəçilər: 23. Joaozinyo, 29. Praksitelis Vuros, 30. Giorqos Merkis, 44. Nikolas Yannu, 90. Vuyadin Saviç, 91. Draqan Mixayloviç;

Yarımmüdafiəçilər: 6. Savvas Gentsoğlu, 7. Georgios Efrem, 8. Lukas Souza, 11. Musa əl-Tamari, 14. Uroş Matiç, 46. Efstatios Aloneftis, 95. Alef;

Hücumçular: 9. Linus Hallenius, 20. Andriya Pavloviç, 89. Roman Bezyak.

Bu gün keçiriləcək APOEL – “Qarabağ” oyunu saat 21:55-də başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button