“Məğlub olduğumuz üçün xoşbəxt deyiləm” – Sulşer

İngiltərə Premyer Liqasının 23-cü turu çərçivəsində “Liverpul”a 0:2 hesabıyla məğlub olan “Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer açıqlama verib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, norveçli mütəxəssis, məğlubiyyəti belə şərh edib:

“Düşünürəm ki, yaxşı oyun alındı. İkinci hissənin ilk 10 dəqiqəsində rəqib böyük təzyiq göstərdi, amma bu kimi hallar böyük komandalara qarşı oyunda baş verə bilir. Heyətimizdə fantastik qapıçımız var, David de Xea bu oyunu ən yüksək səviyyədə keçirdi. Təbii ki, məğlub olduğumuz üçün xoşbəxt deyiləm. Kifayət qədər yaxşı oyun göstərə bilmədik, amma matçın son yarım saatını çox yaxşı oynadıq. Rəqibə təzyiq göstərdik, qol şansları yaratdıq.

Bu mövsüm zədəli futbolçularımız çox oldu. Uğursuz vəziyyətdəyik. Bu vəziyyətdə komandadakı boşluqları doldurmaq üçün müəyyən transferlərimiz ola bilər”.

Premyer Liqada keçirdiyi 23 turdan sonra 34 xal toplayan “Mançester Yunayted” turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button