Harri Keyn Premyer Liqa tarixinin ən yaxşısı oldu

“Tottenhem” İngiltərə Premyer Liqasının 5-ci turunda “Vest Hem”lə 3:3 hesablı bərabərliyə razılaşıb.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, bu oyunda iki qolla yadda qalan London klubunun hücumçusu Harri Keyn Premyer Liqanın tarixinə keçib. Belə ki, 27 yaşlı futbolçu turnirin ilk 5 oyununda 5 qol vurub, 7 məhsuldar ötürmə verib. Bu, turnirin tarixində mövsümün ilk 5 oyunundakı ən yaxşı göstəricidir.