Keyn bunu da bacardı

İngiltərə milli komandası AÇ-2020-nin seçmə mərhələsində Monteneqronu darmadağın edib – 7:0.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, bu qarşılaşma İngiltərə millisinin hücumçusu Harri Keyn üçün əlamətdar olub. Belə ki, 26 yaşlı hücumçu Monteneqronun qapısına üç qol vuraraq, yığmadakı qollarının sayını 31-ə çatdırıb.

Keyn bununla da, İngiltərə millisinin tarixində ən çox qol vuran 6-cı futbolçu olub. Bunu 43 oyuna bacaran forvard, yığmanın keçmiş üzvləri Alan Şirer, Neta Lofhaus və Toma Finnini geridə qoyub.

İngiltərə millisinin bombardiri isə 53 qolla Ueyn Runidir.