Kevin Strotman yenidən A Seriyasında

İtaliyanın “Cenoa” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi Fransanın “Olimpik” (Marsel) klubunun niderlandlı yarımmüdafiəçisi Kevin Strotmanı heyətinə qatıb.

Bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb. Xəbərdə Niderland yığmasının sabiq üzvünün mövsümün sonuna qədər icarəyə götürüldüyü diqqətə çatdırılıb.

Rotterdam “Sparta”sının yetirməsi olan Kevin Strotman Niderlandda “Utrext” və PSV-nin də formasını geyindikdən sonra 2013-2018-ci illər aralığında “Roma”nın uğurları üçün çalışıb. O, “Olimpik”ə də 2018-ci ildə məhz İtaliya klubundan transfer edilmişdi.