Kevin Miralyas Türkiyə klubunda

Türkiyənin “Qaziantep” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Belçika yığmasının sabiq yarımmüdafiəçisi Kevin Miralyası transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 33 yaşlı futbolçu yeni klubu ilə 1 illik müqavilə imzalanıb. O, Qaziantep təmsilçisində “27” nömrəli formanı geyinəcək.

Peşəkar karyerasına Fransanın “Lill” klubunda başlayan Miralyas, sonralar “Sent-Etyen”, “Olimpiakos”, “Everton”, “Fiorentina” klublarında da forma geyinib. Belçika yığmasında 60-dan çox oyun keçirmiş futbolçu, geridə qalan mövsümü “Antverpen”də keçirib.