“Keşlə”nin futbolçusu Syerra Leone millisinə dəvət aldı

“Keşlə”nin yarımmüdafiəçisi Con Kamara Syerra Leone yığma komandasına dəvət alıb.

Komanda.az paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, sözügedən komanda Afrika Millətlər Liqasının seçmə mərhələsi çərçivəsində Lesoto və Beninlə qarşılaşacaq. Con Kamara da bu oyunlarda iştirak hüququ qazanıb.

Syerra Leone millisi noyabrın 11-də Lesotoyla, ayın 19-da isə Beninlə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button