“Yoqurt almaq istədim, ancaq mənə südlü qaymaq verdilər” – “Keşlə”nin futbolçusu

“Keşlə”nin futbolçusu Lorenzo Frutos Paraqvay mətbuatına müsahibə verib.

Komanda.az xəbər verir ki, Frutos, Azərbaycanda yaşadıqları çətinliklərdən və “Keşlə”nin çıxışı haqda bunları deyib:

“Burda rəqəmsal platformada məhdudiyyətlər olduğu üçün sevdiyim seriallara baxmaq çətindir. İngilis dilində danışa bilirəm. Amma Azərbaycanda bununla yanaşı, yerli dildə danışmaq, bir çox gündəlik məsələlərdə ingilis dilinin olduğunu demək çox çətindir. Məsələn, bir dəfə yoqurt almaq istədim, ancaq mənə südlü qaymaq verdilər. Çünki etiketin üzərində nə yazıldığını başa düşməmişdim.

Paltardəyişmə otağında oyunçular çox rəsmi olurlar. Bir neçə oyunçu müsəlmandır və gündə beş dəfə namaz qılmaq kimi adətlərə sahibdirlər. Lakin xarici mədəniyyətə hörmət üçün yaxşı bir çərçivə var. Məsələn, heyətdə mənimlə birlikdə Cənubi Amerikadan daha iki futbolçu- Sezar Meza Kolli və Franko Flores çıxış edir. Biz oyunlardan əvvəl atmosferi canlandırmaq üçün rəqs edirik. Bəzən baş məşqçimiz musiqinin səsinin artırılmasını istəyir.

Bakı dünyanın bir nömrəli şəhəridir. Küçələrdə rahat gəzə bilirsən, cinayət halları olmur, küçələr olduqca gözəldir, binaları isə dünyanın nömrə biri hesab olunur. Oynadığımız stadion müasir infrastruktura malikdir. Dediyim kimi, fərqli mədəniyyətə sahib olsalar da, onlarda az qala hər şeyin tamamilə Avropadakı kimi olduğunu görə bilərsiz.

Premyer Liqada hazırda üçüncü yerdəyik. Avropa Liqasına vəsiqə qazanmaq üçün bu pilləni qorumaq lazımdır. Əlbəttə ki, çempionat haqqında düşünürük. İkinci dövrə başlayacaq və hədəfimiz həmişə kubokdur.

İstirahət günlərində komanda yoldaşlarımla yığışırıq, mən gitara çalıb, mahnı oxuyuram”.

Bu yay “Keşlə”yə transfer olunan Lorenzo Frutos, Premyer Liqada 14 turdan sonra 6 qolla Azərbaycan Premyer Liqasının bombardirləri arasında ilk sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button