“Keşlə” rəsmisindən “ASK Arena”dakı oğurluq hadisəsi ilə bağlı açıqlama

“Keşlə”nin ev oyunlarını keçirdiyi “ASK Arena”da oğurluq hadisəsinin baş verdiyini xəbər vermişdik. Hadisə zamanı stadionun paltardəyişmə otağında 2000-ci il təvəllüdlü Zahid Uğurlunun mobil telefonu, içərisində 1200 manat olan pul kisəsi və 2003-cü təvəllüdlü Adil Abbasovun 100 dolları oğurlanıb.

Bu məsələ ilə bağlı “Keşlə” klubunun mətbuat xidmətinin rəhbəri Murad Axundovun münasibətini öyrəndik. Axundov, Komanda.az saytına açıqlamasında bu hadisənin “Keşlə” klubuna heç bir aidiyyatının olmadığını deyib:

“ASK Arena” artıq müstəqil qurum kimi çalışır. İstənilən şəxslər həmin stadionun rəhbərliyindən köməkçi meydançaları 1-2 saatlıq icarəyə götürə bilir. Əsas meydançanı yox, köməkçini. Həmin pul kisəsi və telefonu oğurlanan şəxslərin bizim kluba heç bir aidiyyatı yoxdur. Sadəcə, onlar stadionu icarəyə götürüb və öz aralarında futbol oynayıb. Bu hadisə də öz aralarında olub, yoxsa necə, bu haqda bilmirəm. Ancaq “Keşlə”nin heç bir üzvü, istər akademiyanın, istər 2-ci komandanın üzvü hadisə zamanı stadionda olmayıb.

Artıq bu məsələ ilə bağlı polislər araşdırma aparır”.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button