“Uşaq futbolundakı məşqçilər valideynlərin əlinə baxır” – Tərlan Əhmədov

“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov “CBC Sport” telekanalında yayımlanan “Tok Şou” proqramının qonağı olub.

Komanda.az xəbər verir ki, Azərbaycan futbolunun problemlərindən danışan Tərlan Əhmədov, əsas diqqəti uşaq futboluna çəkib. O, uşaq futbolundakı məşqçilərin futbola gələn uşaqların valideynlərinin əllərinə baxdıqlarını deyib:

“Uşaq futbolundakı məşqçilərin çoxunun savadı aşağıdır. Bunu mən yazılarda da, müsahibələrdə də demişəm. Uşaq futbolundakı məşqçilər valideynlərin əlinə baxır. Bunların qarşısını alınmalıdır. Məşqçilərin çoxu uşaqlar arasında seçim edir – ay bu imkanlıdır, ay bu kasıbdır. Kasıbların uşaqları da həmişə istedadlı olur, ancaq qırağa düşür. Çünki bunu öz övladımdan yaşamışam, bilirəm. Mənim ortancıl oğlum çox istedadlı futbolçu idi. Amma mən heç vaxt adıma görə nəsə etməmişəm. Çalışmışam ki, bu problemlər həll olunsun”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button