“Keşlə”nin rəqibinin futbolçusu qızıl butsu qazandı

“Keşlə”nin Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi olan “Laçi”nin futbolçusu Kirian Nvabueze mükafatlandırılıb.

Komanda.az xəbər verir ki, nigeriyalı hücumçuya qızıl buts mükafatı təqdim olunub. Nvabueze 2019/20 mövsümündə Albaniya çempionatının ən yaxşı bombardiri olduğu üçün bu mükafata layiq görülüb. 27 yaşlı futbolçu ötən mövsüm 24 qol vurub.

Avqustun 27-də, “ASK Arena”da keçiriləcək “Keşlə” – “Laçi” matçı saat 21:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button