“Keşlə” – “Qəbələ”: 49-cu duel

Bu həftə futbol üzrə Azərbaycan Premyer Liqasında 24-cü turun oyunları keçiriləcək.

Komanda.az xəbər verir ki, “Qəbələ” səfərdə “Keşlə” ilə görüşəcək. Aprelin 14-də baş tutacaq matç “ASK Arena” stadionunda oynanılacaq.

Bu matç iki komanda arasında 49-cu qarşılaşma olacaq. İndiyədək “Qəbələ” və “Keşlə” ümumilikdə 48 görüşdə üz-üzə gəlib. “Qırmızı-qaralar” 15, Bakı klubu 16 qələbə qazanıbsa, 17 oyunda heç-heçə qeydə alınıb. Top fərqində paytaxt təmsilçisi üstündü – 60:50. Bu qarşılaşmalarda 5 qol vuran Daniel Subotiç “Qəbələ”nin ən məhsuldar oyunçusudu.

Baş tutan 48 matçdan 5-i kubok, 43-ü çempionat çərçivəsində keçirilib. Bu görüşlərdə 12 qələbəsi olan “Qəbələ” 17 dəfə bir xalla kifayətlənib. 14 qarşılaşmada isə “Keşlə” üç xala sevinib. Premyer Liqada 43 qol vuran bölgə təmsilçisi 53 top buraxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button