“Keşlə” Türkiyəyə çatdı FOTO

“Keşlə” klubunun təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacağını xəbər vermişdik.

Komanda.az klubun rəsmi “facebook” səhifəsinə istinadən xəbər verir ki, Bakı təmsilçisi təlim-məşq toplanışı keçmək məqsədilə Türkiyənin Bolu vilayətinin Gerede qəsəbəsinə gəlib. “Keşlə” bu gün axşam məşqilə kifayətlənəcək.

Qəsəbədə yerləşən “The Sign Esentepe Hotel & Ski Center” otelində məskunlaşacaq “Keşlə” toplanış çərçivəsində 3 yoxlama matçı keçirməyi planlaşdırır. Belə ki, iyulun 31-də “Keşlə” Türkiyənin 1 liqa təmsilçisi “Osmanlıspor” klubu ilə qarşılaşacaq. Oyun “Bolu Koru Hotels Spa & Convention” otelinin stadionunda baş tutacaq.

Növbəti oyunların avqustun 2-də və 4-də keçirilməsi gözlənilir. Rəqiblər isə hələ bilinmir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button