“Keşlə” üçün əlamətdar oyun

“Keşlə” Azərbaycan kubokunda 50-ci ev oyununu keçirib.

Komanda.az xəbər verir ki, turnirdə 1997/98 mövsümündə debüt edən paytaxt təmsilçisinin yubileyi yarımfinalın “Zirə” ilə ilk matçına təsadüf edib. 1:2 hesabı ilə uduzan Sənan Qurbanovun yetirmələri həm də klub tarixində 10-cu ev məğlubiyyətini alıb. Əvvəllər “Xəzər Universiteti” və “İnter” adları altında da çıxış edən komanda öz meydanında keçirdiyi digər görüşlərdə 30 qələbə qazanıb və 10 heç-heçə edib.

Yalnız iki komanda kubokda daha çox ev oyunu keçirib. “Neftçi” 77, “Qarabağ” 71 dəfə rəqibini öz meydanında qəbul edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button