“Keşlə”nin sonuncu rəqibi bəlli oldu

Türkiyədə təlim-məşq toplanışında olan “Keşlə”nin sonuncu yoxlama matçındakı rəqibi müəyyənləşib.

Komanda.az xəbər verir ki, Tərlan Əhmədovun çalışdırdığı paytaxt təmsilçisi Türkiyənin aşağı liqa təmsilçisi “Batman Petrolspor”la qarşılaşacaq.

Sabah “The Sign Esentepe” otelinin stadionunda keçiriləcək oyuna Bakı vaxtı ilə saat 16:00-da start veriləcək.

Xatırladaq ki, “Keşlə” ilk sınaq matçında Türkiyənin 1-ci liqa təmsilçisi “Osmanlıspor”la qolsuz heç-heçəyə razılaşıb, ardından Super Liqa təmsilçisi “Rizəspor”a 0:3 hesabıyla uduzub.