“Keşlə”nin sabiq futbolçusu yenidən Azərbaycanda çıxış edə bilər

2018/19-cu illərdə “Keşlə”nin şərəfini qorumuş Andre Klennon yenidən Azərbaycanda çıxış edə bilər.

Komanda.az xəbər verir ki, bu barədə yamaykalı futbolçu “jamaica-star.com” saytına açıqlamasında bildirib. Hazırda Yamaykanın “Humble Lions” klubunda çıxış edən futbolçu, Azərbaycan klublarından təklif aldığını deyib:

“Planım yenidən ölkə xaricinə getmək və ən yüksək səviyyədə çıxış etməkdir. Hazırda hədəflədiyim ölkələr Türkiyə, İran və Azərbaycandır. Menecerim bu ölkələrdən olan bir neçə klubla danışıqları davam etdirir. Transferə yaxın idim, amma koronavirus səbəbiylə ölkə xaricindəki klubların çoxu büdcəni azaltdı. Hər şeyin yoluna düşməsini gözləyirəm, çünki ölkə xaricində oynamaq mənim xəyalımdır”.