“Burda özümü çox rahat hiss edirəm” – “Keşlə”nin legioneri

“Keşlə”nin futbolçusu Lorenso Frutos Paraqvay mətbuatına açıqlama verib.

Komanda.az “tigosports.com.py” saytına istinadən xəbər verir ki, 30 yaşlı hücumçu Azərbaycanda hazırkı vəziyyətdən danışıb:

“Burda hər şey dayandırılıb, obyektlər bağlanıb. Çempionat və təlim-məşq toplanışları da dayanıb. Tək deyilik, bunların öhdəsindən gəlməyə çalışırıq.

Komandama kömək etmək üçün əlimdən gələni edirəm. Avropa Liqası zonasındayıq. Burda özümü çox rahat hiss edirəm”.