
Mövsümün ikinci yarısına hazırlıqlarını davam etdirən “Keşlə” qış fasiləsində ilk yoxlama oyununu keçirib.
Komanda.az xəbər verir ki, Tərlan Əhmədovun komandası 1-ci divizion təmsilçisi “Qaradağ Lökbatan”la qarşılaşıb.
“Neftçi”nin bazasında keçirilən görüşdə “Keşlə” rəqibini 4:0 hesabıyla məğlub edib.
Keşlə – Qaradağ Lökbatan – 4:0
Qollar: Nikola Mitroviç, 35-pen. Seymur Əsədov, 42, Vüsal İsgəndərli, 45, Andre Klennon, 90
“Keşlə”nin yeni transferlərindən Vüsal İsgəndərli və Emin Mehdiyev oyuna start heyətdə başlayıb. Con Kamara isə ikinci hissədə meydanda olub.