Kamran Ağayev “Neftçi”yə keçir – “Hələ bu jurnaldır, kino qabaqdadır…”

“Keşlə”dən ayrılan Kamran Ağayev karyerasını “Neftçi”də davam etdirə bilər.

Komanda.az xəbər verir ki, bu barədə futbol meneceri Erkin İbrahimov özünün “facebook” səhifəsində məlumat yayıb. O, Kamranın “Neftçi”yə keçəcəyini iddia edib:

“Neçə vaxtdır deyirəm Kamran Ağayev “Neftçi”yə keçəcək. Yoxsa ağlı başında olan klub rəhbəri nədən Səlahət Ağayev kimi qapıçını bilərəkdən incitsin, gedişi üçün zamin yaratsın ki? Demək ki, artıq neçə vaxtdır Səlahətin alternativi hazırdır. Hələ bu jurnaldır, kino qabaqdadır… “