“Keşlə” – “Sumqayıt” matçı FİFA referisinə tapşırıldı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 14-cü turun “Keşlə” – “Sumqayıt” oyununun bütün təyinatları müəyyənləşib.

Komanda.az xəbər verir ki, turun son matçı FİFA referisi Əliyar Ağayevə tapşırılıb.

Azərbaycan Premyer Liqası
14-cü tur

22 yanvar

Keşlə – Sumqayıt
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Bakı. “ASK Arena”, 16:00.