“Keşlə” “Qarabağ”a qalib gəldi

Növbəti mövsümə Bakıda hazırlaşan “Keşlə”nin əvəzedici komandası bu gün növbəti yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, baş məşqçi Rüstəm Əliyev yetirmələrini “Qarabağ-2” ilə oyunda sınaqdan keçirib.

Dörd qolun qeydə alındığı qarşılaşma “Keşlə-2”-nin qələbəsiylə yekunlaşıb – 3:1. Bakılıların heyətində Elmir Rəhimzadə dubla imza atıbsa, digər qolu Xəzər Mahmudov vurub.