“Keşlə” – “Qəbələ”: 58-ci duel

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2-ci dövrəyə start veriləcək.

Komanda.az xəbər verir ki, “Qəbələ” turun ikinci günündə meydana çıxacaq.

“Qırmızı-qaralar” səfərdə “Keşlə” ilə qarşılaşacaq. Bakıda keçiriləcək matç komandalar arasında 58-ci qarşılaşma olacaq. İndiyədək rəqiblər 57 dəfə üz-üzə gəlib. 18 dəfə qalib gələn “Qəbələ” eyni sayda heç-heçə edib. Digər 21 qarşılaşmada bakılılar qalib gəlib. Rəqib qapısından 60 top keçirən “Qəbələ” futbolçuları 76 qol buraxıblar. Komandanın heyətində Daniel Subotiç daha çox – 5 qol vurub.

“Qırmızı-qaralar” “Keşlə” ilə Premyer Liqada 53-cü dəfə görüşəcək. Çempionatda 15 qələbə və 18 heç-heçəsi olan komanda 19 dəfə uduzub. Bakı klubu top fərqində də üstündür – 69:53.

“Qəbələ” 28-ci dəfə “Keşlə” ilə rəqib meydanında görüşəcək. 8 səfər qələbəsi olan “qırmızı-qaralar” 6 heç-heçə edib və 13 dəfə uduzub. Rəqib meydanında 28 qol vuran “Qəbələ” futbolçuları 46 top buraxıblar.

Sabah “ASK Arena”da keçiriləcək “Keşlə” – “Qəbələ” oyunu saat 16:00-da başlayacaq.