“Keşlə” legioneriylə “nikah təzələdi”

“Keşlə” klubu qapıçı Stanislav Namaşko ilə müqavilə müddətini artırıb.

Komanda.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin rəsmi saytı məlumat yayıb. Moldovalı futbolçu daha 1 il “Keşlə”nin şərəfini qoruyacaq. 

Buna qədər Vüsal İsgəndərli, Ruslan Əmircanov, Tərlan Quliyev, Azər Salahlı, Rəşad Əzizli, İlkin Qırtımov, Con Kamara və Miyusko Boyoviçlə müqavilə müddəti artırılıb, Tural Axundov, Şəhriyar Əliyev, Cavid İmamverdiyev isə “Keşlə”yə transfer olunublar.