Rəsmi: “Keşlə” daha bir futbolçuyla anlaşdı

“Keşlə” klubu futbolçusu Azər Salahlının müqaviləsinin müddətini artırıb.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, 25 yaşlı müdafiəçiylə 1+1 illik yeni sözləşmə imzalanıb.

Keşlə təmsilçisi müdafiəçi Slavik Alxasovla da 1+1 şərti ilə yeni müqavilə imzalamışdı.