“Orda çoxlu dostum, keçmiş komanda yoldaşlarım var, onlar üçün çox xoşbəxtəm” – Koutinyo

İcarə əsasında “Bavariya”da çıxış edən “Barselona”nın futbolçusu Filippe Koutinyo açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi, keçmiş klubu “Liverpul” haqqında danışıb:

“Liverpul” hazırda sanki uçur və bu, məni təəccübləndirmir. Bunu onlar keçən mövsüm Çempionlar Liqasının qalibi olarkən də görmüşdük, amma “Liverpul”un əla heyəti və baş məşqçisi olduğu üçün buna heyrətlənmirdim. Orda çoxlu dostum, keçmiş komanda yoldaşlarım var, onlar üçün çox xoşbəxtəm. Geriyə baxmıram, özüm üçün bir yol seçdim və o yolla irəliləyirəm. Mən də onlar kimi xəyallarıma çatmağa köklənmişəm. Keçmişdə etdiklərimdən məmnunam, indi isə irəliyə baxıram”.   

Koutinyo, Çempionlar Liqasının 1/8 finalında “Çelsi” ilə keçirəcəkləri oyun haqqında da danışıb:

“Bu mövsüm bütün kubokları qazana bilərik. Gördüyümüz işdə uğur qazanmaq üçün çox çalışırıq. Çempionlar Liqası çox çətindir, amma çox çalışsaq, hər şey ola bilər”.

27 yaşlı futbolçu 2013-2018-ci illərdə “Liverpul”un şərəfini qoruyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button