“Keçən mövsüm də eyni vəziyyətlə qarşılaşmışdıq” – Silva

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva İngiltərə Premyer Liqasının 12-ci turunda “Liverpul”a 1:3 hesabıyla məğlub olduqları oyundan sonra açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı futbolçu, çempionluq üçün sona qədər mübarizə aparacaqlarını deyib:

“Dünyanın ən yaxşı komandalarından birinə qarşı oynadıq. “Enfild Roud” kimi bir stadionda oynamaq asan deyil. Oyuna “Liverpul”dan daha yaxşı başladıq, amma ilk epizodda qol buraxdıq. Komandaların çoxu “Liverpul”dan yaxşı oynadığını düşünəndə, 2-3 qol buraxıb, məğlub olurlar. “Liverpul”un üsulu budur.

Bu gün məğlub olmağımıza və rəqibdən geri düşməyimizə baxmayaraq, sona qədər mübarizə aparacağıq. Keçən mövsüm də eyni vəziyyətlə qarşılaşmışdıq. Hələ noyabr ayındayıq. Düzdür, ideal vəziyyətdə deyilik, amma daha yaxşı olacağıq”.

Premyer Liqada keçirdiyi 12 turdan sonra xallarının sayını 34-ə çatdıran “Liverpul”, turnir cədvəlinin ilk pilləsində qərarlaşıb və “Mançester Siti”ni 9 xal qabaqlayır.