Kavaniyə İtaliyadan “müştəri” çıxdı

Edinson Kavani İtaliyanın “Salernitana” klubuna keçə bilər.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, uruqvaylı hücumçu ilə maraqlandıqlarını “Salernitana”nın prezidenti Danilo Yervolino açıqlayıb:

“Mən Edinson Kavanini azad agent kimi almaq istərdim. Onun keçidi şəhərə gözəl bir hədiyyə olardı, çünki “Salernitana” A Seriyasında qalır!”

Klub prezidenti fransalı yarımmüdafiəçi Frank Riberini daha bir mövsüm komandada saxlamaq niyyətində olduqlarını da əlavə edib.

Edinson Kavani 2020-ci ildən “Mançester Yunayted”də çıxış edir. “Qırmızı şeytanlar” 2021/2022 mövsümündə 20 matçda iki qol vuran 35 yaşlı uruqvaylının gedəcəyini açıqlayıb.

“Salernitana” A Seriyasını 17-ci pillədə başa vurub və növbəti mövsümdə də elitada yoluna davam edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button