Kavaniyə Braziliyadan təklif

PSJ-dən ayrıldıqdan sonra klubsuz olan Edinson Kavani karyerasını Braziliyada davam etdirə bilər.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 33 yaşlı futbolçu “Qremio”nun transfer hədəfindədir. Klub Kavaniyə ildə 4 milyon avro məvacib olmaqla 3 illik müqavilə təklif edir. Tərəflər arasında danışıqların davam etdiyi bildirilir. Avropa klublarının birində oynamağa üstünlük verən Kavaninin bu səbəblə gözlədiyi deyilir.

Kavaninin adı “Real”, “Atletiko”, “Yuventus”, “Benfika” kimi klublarla yanaşı çəkilsə də, transferi reallaşmadı.