“Kavaninin dəyərinə uyğun təklif yoxdur” – PSJ rəsmisi

Fransanın PSJ klubunun idman direktoru Leonardo komandadan ayrılacağı deyilən Edinson Kavani ilə bağlı açıqlama verib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, klub rəsmisi, Kavaninin ayrılmaq istədiyini bildirib:

“Kavani ilə bağlı hər zaman bir fikri demişik, onun komandada qalacağına ümid edirdik. Amma Kavani komandadan ayrılmaq istədiyini bildirdi. “Atletiko”dan təklif gəlmişdi, lakin futbolçunun dəyərinə uyğun təklif yoxdur. Hazırda onun komandadan ayrılması ilə bağlı dəqiq qərar yoxdur. Bununla belə, o, ayrılmaq istəyini bizə bildirib. Əvvəl onu satmaq barədə düşünməmişdik. Kavaninin qərarına hörmət edirik. 6 ildən çoxdur ki, o, bizimlədir. Aramızda böyük hörmət var. Yaxın gələcəkdə onunla bağlı hər şey məlum olacaq.

Müxtəlif mövqelərdə oynaya bilən futbolçularımız var. Kavaninin boşluğunu doldurmaq üçün alternativlərimiz var, amma onu əvəz etmək çətindir”.

2013-cü ildən PSJ-nin şərəfini qoruyan Kavaninin klubla müqaviləsi cari mövsümün sonunadək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button