Kavani İtaliyada?

PSJ-dən ayrılacağı dəqiqləşən Edinson Kavani karyerasını İtaliyada davam etdirməyə yaxındır.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Roma” 33 yaşlı futbolçunun xidmətində maraqlıdır. Paytaxt klubunun Kavani ilə danışıqlara başladığı və rəsmi təklif irəli sürdüyü bildirilir.

2013-cü ildən PSJ-də çıxış edən Kavaninin klubla müqaviləsi bu ayın sonunda başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button