Messi ordenlə mükafatlandırıldı

“Barselona”nın futbolçusu Lionel Messi mükafatlandırılıb.

Komanda.az xəbər verir ki, argentinalı hücumçu Kataloniya hökuməti tərəfindən “La Creu de Sant Jordi” (“Müqəddəs Jordi Xaçı”) ordeninə layiq görülüb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“La Creu de Sant Jordi” mükafatı 1981-ci ildən etibarən, hər il verilən ordendir. Mükafat mədəni və sosial həyatda Kataloniya adının yüksəldilməsində xidmət göstərmiş şəxslərə verilir.

Messinin mükafatlandırma mərasiminin may ayında keçiriləcəyi bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button