Messi: 8 ildən sonra ilk dəfə

“Barselona” Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda “İnter”lə qarşılaşacaq.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin futbolçusu Lionel Messi sözügedən səfər matçının heyətinə daxil edilməyib. Baş məşqçi Ernesto Valverde Messiyə istirahət verdiyini açıqlayıb.

Messi son 8 ildə ilk dəfə Çempionlar Liqasında bir matçın heyətinə daxil edilməyib. Argentinalı futbolçu sonuncu dəfə 2011-ci ildə, BATE ilə keçirilən oyunda heyətdə olmamışdı.

Bu gün keçiriləcək “İnter” – “Barselona” matçı saat 00:00-da start götürəcək.