Luis Suaresə 8 milyon avroluq əvəzləyici

“Barselona” klubu Luis Suaresə əvəzləyici tapıb.

Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisi Xorvatiya “Dinamo”sunun hücumçusu Bruno Petkoviçi transfer etmək niyyətindədir. Bu barədə “Marca” nəşri məlumat yayıb. “Barselona”nın 25 yaşlı futbolçu üçün qış fasiləsində danışıqlara başlayacağı bildirilir.

2019-cu ilin yayından “Dinamo”da forma geyinən Petkoviçin transfer dəyəri 8 milyon avrodur. Hücumçu Xorvatiya milli komandasının da heyətinə dəvət olunur.