Kasilyas yenidən “Portu”da

Bir müddət əvvəl “Portu”nun məşqində infarkt keçirən İker Kasilyasın yeni işi məlum olub.

Komanda.az xəbər verir ki, Kasilyas bundan sonra Portuqaliya təmsilçisinin idarə heyətində yer alacaq. Bu barədə ispaniyalı qapıçı “Portu”nun rəsmi saytına açıqlamasında deyib:

“Mən artıq meydandakından fərqli işlər görəcəm. Komanda ilə klub arasında əlaqələr qurmağa çalışacam. Yoldaşlarıma kömək etmək üçün əlimdən gələni edəcəm”.

Kasilyas bir müddət əvvəl “Portu”nun məşqində infarkt keçirmiş və karyerasını bitirmişdi.

Peşəkar futbolçu karyerasına 1999-cu ildə “Real”da başlayan Kasilyas, 16 il sonra Madrid klubundan ayrılmışdı. O, 2015-ci ildən “Portu”nun şərəfini qoruyurdu.

Kasilyas 167 dəfə də İspaniya millisinin formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button