Kasilyas “Portu” ilə müqavilə imzaladı

“Portu”nun qapıçısı İker Kasilyas gələcək karyerasıyla bağlı qərarını verib.

Komanda.az xəbər verir ki, ispan qolkiper Portuqaliya təmsilçisiylə yeni müqavilə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

37 yaşlı futbolçunun yeni müqaviləsinin müddəti 1+1 illikdi. İker daha öncəki açıqlamalarının birində 40 yaşına qədər futbol oynamaq istədiyini və karyerasını bu komandada başa vurmağı arzuladığını açıqlamışdı.

1999-2015-ci illərdə “Real”da forma geyinən Kasilyas, 2015-ci ilin yayında “Portu”ya transfer olunub. O, İspaniya millisinin heyətində 167 oyuna çıxıb.