Karyerasının ilk qolunu ÇL-də vurdu

PSJ Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində “Mançester Yunayted”i 2:0 hesabıyla məğlub edib.

Komanda.az xəbər verir ki, sözügedən qarşılaşma Paris təmsilçisinin müdafiəçisi Presnel Kimpembe üçün əlamətdar olub. Bu barədə Fransa mətbuatı məlumat yayıb.

PSJ-ni 53-cü dəqiqədə önə keçirən qolun müəllifi olan Kimpembe, peşəkar futbolçu karyerasında ilk qolunu vurub. Paris təmsilçisinin yetirməsi olan 23 yaşlı müdafiəçi, peşəkar karyerasında çıxdığı 96 oyunda fərqlənə bilməmişdi.

PSJ ilə “Mançester Yunayted” arasında cavab matçı martın 6-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button