Nani “Mançester Yunayted” haqda: “Çox məyusam”

Karyerasını ABŞ-ın “Orlando Siti” klubunda davam etdirən Luiş Nani, keçmiş komandası “Mançester Yunayted” haqda danışıb.

Komanda.az xəbər verir ki, portuqaliyalı hücumçu, “Mançester Yunayted”in yüksək səviyyəli futbolçulara ehtiyacının olduğunu deyib:

“Mançester Yunayted”in meydanda bəzi şeyləri dəyişə biləcək yüksək səviyyəli futbolçulara ehtiyacı var. Xatırlayıram ki, mən orda oynayan zaman bir çox oyunda yaxşı çıxış etmirdim. Komanda olaraq gözəl oyun sərgiləmirdik. Ancaq 15 dəqiqə ürəklə oynasaq, qol vururduq. Biz sonra hər oyun top uğrunda sona qədər mübarizə apardıq və nəticələr qazandıq. “Mançester Yunayted” və futbolçular üçün çox məyusam. Onları daim izləyirəm. Ümid edirəm ki, növbəti mövsüm daha yaxşı oyun sərgiləyərlər”.

Nani 2007-2015-ci illər aralığında “Mançester Yunayted”də forma geyinib.