“Onları buna görə peşman edərdim” – Dani Alveş

Karyerasını Braziliyanın “San Paulo” klubunda davam etdirən Dani Alveş maraqlı açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, braziliyalı müdafiəçi, Paris şəhərində irqçi insanların çox olduğunu deyib:

“Braziliyaya qayıdanda bir mədəniyyət şoku yaşadım. Burda insanlar daha qonaqpərvər və dostcanlıdır. Böyük enerji var. Hər gün dostlarımla vaxt keçirib, əylənirəm.

Mən San Fransisko şəhərində gölə yaxın yerdə böyümüşəm. Buna görə, sudan uzaq yerlərdə rahat ola bilmirəm.

Paris çox stresli bir şəhərdir. Heç sevmədim. Bir həftəlik tətil üçün yaxşıdır, ancaq insanı çox yorur. Həm də Parisdə irqçi insanlar var, özü də çoxlu. Düzdür, mənə heç nə etmədilər, çünki onları buna görə peşman edərdim. Ancaq komanda yoldaşlarıma edildiyinin şahidi olmuşam”.

Alveş, 2002-2008-ci illər aralığında “Sevilya”da çıxış edib. Daha sonra “Barselona”, “Yuventus” və PSJ-də forma geyinən braziliyalı müdafiəçi, hazırda “San Paulo”nun şərəfini qoruyur.