“Mediada olan xəbərlər məni güldürür” – “Real”ın futbolçusu

İspaniyanın “Real” klubunun yeni transferi Luka Yoviç açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 21 yaşlı hücumçu, “kral klubu”ndan ayrılacağı ilə bağlı fikirlərə münasibət bildirib:

“Baş məşqçimiz Zinəddin Zidan mənə güvənir. Birlikdə çalışdığımız müddətdə onun mənimlə bağlı fikirləri dəyişməyib. Hər gün ondan yeni nələrsə öyrənirəm. Onunla çalışmaqdan məmnunam, çünki o, bir futbolçu və məşqçi kimi dünya futbolunun zirvəsindədir.

Mediada olan xəbərlər məni güldürür. Həmişə “Real”dan ayrılacağımla bağlı xəbərlər olacaq. Karyeramın əvvəlindən bu cür şərhlərə öyrəşmişəm. Daha çox səy göstərməyə və bu klub üçün əlimdən gələn hər şeyi etməyə hazıram. Bütün matçlarda iştirak etməyimi gözləmirəm, amma çox çalışmaqla məqsədimə çatacam”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button