“Karyeramı “Real”da bitirmək istəyirəm, amma…” – Modriç

İspaniyanın “Real” klubunun futbolçusu Luka Modriç karyerası və keçmiş komanda yoldaşı Kriştiano Ronaldo haqqında danışıb.

Komanda.az “La Gazetta dello Sport”a istinadən xəbər verir ki, 34 yaşlı futbolçu, daha iki il oynamaq istədiyini bildirib:

“Daha iki il yüksək səviyyədə oynaya biləcəyimə inanıram. Karyeramı “Real”da bitirmək istəyirəm, amma bu, klubdan da asılıdır. Futbolçu karyeramı bitirdikdən sonra məşqçilik kursuna qatılacam. Bizim üçün milli komanda futboldan daha artıq bir hissdir. Həm futbolçu, həm də məşqçi olaraq orda olmaq mənə şərəf verər”.

Xorvatiyalı futbolçu, hazırda “Yuventus”da çıxış edən Ronaldo ilə bağlı bunları deyib:

“Ronaldo haqqında danışmaq mənə mənasız görünür. O, indiyə qədər olan ən yaxşı futbolçular arasındadır. Ronaldonun “Real”dakı qolları və göstərdiyi xarakter üçün darıxırıq. O, hər zaman qalib gəlmək istəyirdi, bu, bizi motivasiya edirdi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button