Karius “Beşiktaş”dan şikayətçi oldu

“Beşiktaş”ın mövsümün əvvəlində “Liverpul”dan iki illik icarəyə götürdüyü Loris Karius “ağ-qaralar”dan şikayətçi olub.

Komanda.az xəbər verir ki, 25 yaşlı qolkiper, 4 aydır ki, məvacibini ala bilmir. Bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb. Xəbərdə, Kariusun aylıq məvacibini ala bilmədiyi üçün “Beşiktaş”ı FİFA-ya şikayət etdiyi bildirilib.

“Beşiktaş”da gözlənilən “performans”ı sərgiləyə bilməyən, oyunlarda səhvlərlə yadda qalan Kariusun, mövsümün sonunda komandadan göndəriləcəyi gözlənilir.